MY ACCOUNT
Azeurotel

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq “Azeurotel” MMC-də tədbir keçirilmişdir

27 September , 2022

27 sentyabr Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Nurəhməd Ulubəyovun və əməkdaşımız Kamil Kazımlının övladı Mürsəl Kazımlının anım mərasimi keçirilib.

 

Anım tədbirində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüş zamanı Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərin və qazilərin döyüş əməliyyatlarında göstərdikləri rəşadətdən, tarixi qələbəmizin önəmindən söz açılıb. Tədbir çərçivəsində şəhidlərimizin məzarı ziyarət edilib.
 

Qeyd edək ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə ordu sıralarına yollanan Nurəhməd Ulubəyov Cəbrayıl, Mürsəl Kazımlı Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
 

Photo gallery


27 September , 2022


DİRECTORİES

Call Center


24/7

155

The Customer Department

sПонедельник — Пятница с 09:00 до 18:00 часов.

Связь

Main Office address

1, B. Sardarov str., Baku, Azerbaijan, AZ1001

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az