MY ACCOUNT
Azeurotel

«Azeurotel» MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir

23 August , 2022

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində  «Azeurotel» MMC tərəfindən müvafiq işlər görülməkdədir.


Bazar iqtisadiyyatı şəraitində mexanizmlərin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar standartlara cavab verməlidir. Telekommunikasiya sahəsinin də başlıca istehsal infrastrukturu olduğunu nəzərə alaraq,  «Azeurotel» MMC tərəfindən infrastrukturun müasir dövrün tələblərinə, yeni norma və standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud infrastrukturun yenidən qurulması və əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması prosesi çərçivəsində korporativ müştərilərə göstərilən bu cür xidmətlərinin tarifləri 01.09.2022 tarixindən təkmilləşdirilərək dəyişdiriləcək.


Dünyada gündəlik həyatın hərtərəfli rəqəmsallaşdığı bir zamanda müasir infrastrukturun yaradılması bu günün tələbi olmaqla yanaşı, eyni zamanda sosial baxımdan gələcəyə ən vacib investisiyalardan biridir.


İnfrastruktur xidmətləri üzrə yeni tariflər: 

Xidmətin adı Xidmətin növü Yeni tarif (AZN)

Port

10 Mbit/s  365,00
  100 Mbit/s  495,00
  1 Gbit/s 910,00
  10 Gbit/s 2270,00
  100 Gbit/s 2750,00
  Trunk  480,00
Cüt lifin icarəsi ≤ 4 km 90,00
  > 4 km 15,00
KKQ icarəsi (FO) 4 - 11 lif 150,00
  12 - 23 lif 175,00
  ≥ 24 lif 200,00
Dirək icarəsi (FO) 4 - 11 lif 40,00
  12 - 23 lif 45,00
  ≥ 24 lif 50.00
Avadanlığın yerləşdirilməsi 1m³ 315,00
Damda antena yerləşdirilməsi   310,00
Müştəri xəttinin (mis) icarəsi   3,50
VLAN   100,00


23 August , 2022


DİRECTORİES

Call Center


24/7

155

The Customer Department

sПонедельник — Пятница с 09:00 до 18:00 часов.

Связь

Main Office address

1, B. Sardarov str., Baku, Azerbaijan, AZ1001

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az