Ulubəyov Nurəhməd Hacıbəy oğlu - bu gün haqq mübarizəmizdə canını verən şəhid oğullarımızdan daha biri.
07 oktyabr 2020-ci il tarixində torpaqlarımızın azad olunması uğrunda aparılan əks hücum əməliyyatlarında şəhid oldu.
25 yaşı var idi Nurəhmədin. Yaşının az olmasına baxmayaraq, böyük arzuları və amalları var idi. Tərbiyəsi, mədəniyyəti, əxlaqı və ən əsası, gülərüzü ilə çox qısa zaman ərzində çalışdığı kollektivdə hər kəsin sevimlisinə çevrilmişdi.
Bu gün hamı kimi bizə də onun yoxluğu ilə barışmaq olduqca çətindir. Həmişə qəlbimizdə yaşayacaqsan!
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».