MY ACCOUNT
Azeurotel

“ŞƏXSİ KABİNET” XİDMƏTİNİN QAYDA VƏ ŞƏRTLƏRİ

“Şəxsi Kabinet” – Sizin www.azeurotel.az saytındakı şəxsi məkanınızdır. “Şəxsi Kabinet”də Siz telekommunikasiya xidmətlərindən istifadə etməklə fərdi və digər məlumatların tam və ya qismən avtomatlaşdırılmış üsullarla emalına, o cümlədən toplanmasına, istifadəsinə, yerinə yetirilmiş və cari sifarişlərin arxivinə baxa bilərsiniz.


Aşağıdakıları nəzərdən keçirdərək qeydiyyat prosesinə davam etdiyiniz halda Siz(bundan sonra “Abunəçi”), “Azevrotel” MMC (bundan sonra “Azevrotel”) tərəfindən müəyyən olunan müvafiq qayda və şərtlərin qəbulunu təsdiq edirsiniz. “Abunəçi” bu qayda və şərtləri qəbul etməklə “Şəxsi Kabinet” xidməti vasitəsilə əldə edəcəyi məlumatlara və həyata keçirəcəyi əməliyyatlara görə yalnız özü tək səlahiyyətli şəxs olduğunu, təqdim olunan xidmətlər çərçivəsində aparılan hər hansı bir əməliyyatın yalnız şəxsən həyata keçirdiyini, xidmətdən istifadəyə görə məsul şəxs olduğunu, şifrənin başqa şəxs tərəfindən mənimsənməsi halında müvafiq araşdırılmanın aparılmasına görə “Azevrotel” öhdəlik daşımadığını, şifrənin üçüncü şəxs tərəfindən istifadəsi zamanı yaranan hər hansı ziyana görə şəxsən məsuliyyət daşıdığını, öz şifrəsinin gizli saxlanılması üçün sadalanan hallarla bağlı “Azevrotel”-in hər hansı məsuliyyət daşımadığını təsdiq edir.


Bu qayda və şərtlər “Abunəçi” tərəfindən bilərəkdən yalnış və/və ya sui-istifadə edildikdə, “Azevrotel” əvvəlcədən xəbərdarlıq etmədən onun şifrəsini ləğv edə və müvafiq xidmətlərin göstərilməsini dayandıra bilər.

“Abunəçi” “Şəxsi Kabinet” xidməti vasitəsilə ona aid məlumatlarının üçüncü şəxslərə açıqlanmasına görə “Azevrotel”-in məsuliyyət daşımadığını qəbul edir.


“Abunəçi” öz şifrəsinin üçüncü şəxs tərəfindən istifadəsindən şübhələndiyi halda, o, ”Azevrotel”-ə bu xidmətlərin göstərilməsinin dayandırılması barədə müraciət edə bilər.


“Azevrotel” gələcəkdə birtərəfli qaydada bu qayda və şərtlərə dəyişiklik etmək, habelə “Şəxsi Kabinet” xidmətini ləğv etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

DİRECTORİES

Call Center


24/7

155

The Customer Department

Monday — Friday from 09:00 to 18:00.

The Internet Department

Monday — Friday from 09:00 to 18:00, Saturday — from 10:00 to 14:00.

Связь

Main Office address

1, B. Sardarov str., Baku, Azerbaijan, AZ1001

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az