Azeurotel

“Azeurotel” MMC “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğunda və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib

31 May , 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Telefon Rabitəsi” MMC – nin tərkib hissəsi  olan  “Azeurotel” operatoru paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib.

Artıq tərəfimizdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.

Hazırda görülən işlərin nəticəsi olaraq “Azeurotel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib. 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti abunəçilərə ödənişsiz təqdim edilən modemlər üzərindən göstərilir.

Məlumat üçün bildiririk ki, “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edilir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.

Foto galereya

Video


31 May , 2020


MƏLUMAT ÜÇÜN

Vahid Çağrı Mərkəzi


24/7

155

Müştəri xidmətləri şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

İnformasiya texnologiyaları şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

Əlaqə

Baş ofis

Azərbaycan Respublikası, AZ1001, Bakı ş., B.Sərdarov küç., 1

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az