Azeurotel

“Azeurotel” MMC-nin “İçərişəhər” və paytaxtın mərkəzi küçələrini optik şəbəkəyə keçirməsi haqqında

06 Noyabr , 2019


İlin sonunadək “Azeurotel” MMC tərəfindən “Evədək optika” layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək.


Hazırda  tərəfimizdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin  optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanılacaq. Qeyd edək ki, layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.


Eyni zamanda “Azeurotel” – in xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək “Azeurotel” MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.


Məlumat üçün bildiririk ki, hazırda Bakı şəhəri üzrə doqquz  minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib,  eyni zamanda hazırlıq və  rekonstruksiya işləri aparılır.


Qeyd edək ki, “Evədək optika” layihəsi “GPON (Gigabit Passive Optical Network)” texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan “Azeurotel” abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni “1 xətt 3 xidmət” paketinə qoşulmasına imkan yaradır.

Foto galereya

Video


06 Noyabr , 2019


MƏLUMAT ÜÇÜN

Vahid Çağrı Mərkəzi


24/7

155

Müştəri xidmətləri şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

İnformasiya texnologiyaları şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

Əlaqə

Baş ofis

Azərbaycan Respublikası, AZ1001, Bakı ş., B.Sərdarov küç., 1

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az