Azeurotel

HAQQIMIZDA

«Azeurotel» 20 ildən artıqdır ki, Azərbaycanın rabitə bazarında informasiya texnologiyaları və telekommunikasiya sahəsində özünə məxsus mövqeyə malikdir. Bu illər ərzində qazanılan təcrübə və biliklər müxtəlif sahələrdə çalışan müştərilərimiz üçün ən mürəkkəb layihələri belə uğurla başa catdırmağa imkan yaradıb.

«Azeurotel» 1995-ci ildə yaradılmış və yarandığı vaxtdan etibarən telekommunikasiya dünyasının ən güclü müasir şəbəkə və avadanlıqlarından istifadə edərək müştəri məmnuniyyətini özünün əsas prioriteti elan etmişdir. «Azeurotel» müxtəlif vaxtlarda ən yaxşı keyfiyyətə, ən yaxşı ticarət markasına və ən yaxşı menecmentə görə 5 nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür.


Fərdi və korporativ Müştərilərimizə geniş telekommunikasiya xidmətləri spektorunu təqdim edirik:

  •  Telefoniya (sabit, SİP);
  •  İnternet xidmətləri (GPON, ADSL/VDSL texnologiyaları və FO üzərindən);
  •  Məlumatların ötürülməsi;
  •  IP televiziya.


Bu gün  xidmətlərimizdən 25000-dən artıq abunəçi istifadə edir, onların içində xarici dövlətlərin səfirlikləri, nüfuzlu  banklar və ölkənin aparıcı şirkətlər üstünlük təşkil edir. Fərdi və korporativ Müştərilərimizə müasir zamanın mühüm tələbi olan keyfiyyətli fiber-optik xətt üzərindən  GPON texnologiyası əsasında xidmətlərin verilməsi gündəmdə duran mühüm məsələlərdən biridir.


  «Azeurotel» Bakı şəhərini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş  yüksək səviyyəli rabitə xidmətlərini təşkil edir.  Bizim işimizin əsas prinsipi sərfəli qiymət və  yüksək səviyyəli xidmətlərin  təminatıdır. Şirkətimizin bu gün müasir texnologiyalardan istifadə etməsi müxtəlif istiqamələrdə (şəhər telefon rabitəsi, beynəlxalq və şəhərlərarası telefoniya)  fərdi və korporativ Müştərilərə xidmət göstərməyə imkan verir.   


Bizi seçməklə Siz :


— 20 ildən artıq telekommunikasiya xidmətlərinin göstərilməsində yaranan təcrübə;
— Geniş Telekommunikasiya xidmətləri və müxtəlif xidmət spekteri;
— Yüksək keyfiyyətli xidmət;
— Xidmətlərin qoşulmasında və texniki məsələlərin həllində operativlik;
— Aldığı xidmətin kiçik və ya böyük olmasından asılı olmayaraq hər bir müştəriyə fərdi yanaşma;
— Müştərilərin ehtiyyaclarının təmin edilməsinə kompleks yanaşma;
— 7/24 yüksək səviyyəli  texniki dəstək;
— Hər zaman Sizə yardım etməyə hazır olan təcrübəli və gülərüz əməkdaşların peşəkar xidmətini əldə edəcəksiniz.


Ümüdvarıq ki, Sizə biznesinizin effektivliyini artırmaq üçün məqsədyönlü yollar axtarmaqda və bu zaman seçiminizin öncül həll olmağında əminlik yaradacaq. Seçim etdiyiniz həllərin həyata keçirilməsini isə peşəkarlarımızlara etibar edəcəyinizə inanırıq. Cünkü biz müassir işguzar dünyanın həqiqətlərinə daha dəqiq münasib olmağa çalışır, Müştərilərimizə ənənəvi məsələlərin həlli üçün ən tərəqqi və orijinal üsullar təklif edirik.


MƏLUMAT ÜÇÜN

Vahid Çağrı Mərkəzi


24/7

155

Müştəri xidmətləri şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

İnformasiya texnologiyaları şöbəsi

Bazar ertəsi — Cümə : 09.00 - 18.00, Şənbə : 10.00 - 14.00.

Əlaqə

Baş ofis

Azərbaycan Respublikası, AZ1001, Bakı ş., B.Sərdarov küç., 1

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az