MY ACCOUNT
Azeurotel

27 sentyabr Anım Günü

27 September , 2021

27 sentyabr Anım Günü münasibəti ilə  “Azeurotel” MMC – nin  44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.


Keçirilən görüşə şəhid Nurəhməd Ulubəyovun və Mürsəl Kazımlının yaxınları dəvət edilib. Tədbir zamanı döyüş qəhrəmanlarının əziz xatirəsi yad edilib, onların Vətən yolunda göstərdikləri şücaət və fədakarlıqlardan söz açılıb.


Qeyd edək ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə ordu sıralarına yollanan  Nurəhməd Ulubəyov  Cəbrayıl, Mürsəl Kazımlı Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.


“Azeurotel” MMC şəhid əməkdaşların xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin ehtiramla yad edilməsi istiqamətində tədbirlərini mütəmadi davam etdirəcək.

Photo gallery


27 September , 2021


DİRECTORİES

Call Center


24/7

155

The Customer Department

Monday — Friday from 09:00 to 18:00

The Internet Department

Monday — Friday from 09:00 to 18:00

Связь

Main Office address

1, B. Sardarov str., Baku, Azerbaijan, AZ1001

Fax

+(994 12) 497 01 01.

Mail

office@azeurotel.az