“Evədək optika” layihəsi çərçivəsində “Azeurotel” tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib. “İçərişəhər” qoruğunda mövcud 1500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. “Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqları istifadəçilərə ödənişsiz təqdim edilib.
Qeyd edək ki, görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».