ADSL — Asymmetric Digital Subscriber Line (Asimmetrik rəqəmsal abunəçi xətti). ADSL-in asimmetrik olması iri həcmli məlumatın abunəçiyə 24 Mbit/s sürətlə ötürülməsini nəzərdə tutur (video, məlumat massivləri, proqramlar).
Məlumatların ötürülməsi səviyyəsinin konkret sürəti telefon stansiyası və Abunəçi arasında olan məsafədən asılıdır. 24 Mbit/s ötürülmə xətti telefon stansiyasından 2,7 km qədər məsafədə olan istifadəçilər üçün təmin edilir. 2,7-3,5 km məsafələrinə 6 Мbit/s sürət həddi uyğundur. İstifadəçi telefon stansiyasından 3.5-5.5 km məsafədə yerləşdiyi halda sürət təxminən 1.5 Mbit/s təşkil edəcək. Məsafə 5,5 km olduğu halda ADSL ilə əlaqə təmin edilmir.
VDSL — Very-high data rate Digital Subscriber Line (Çox yüksək sürətli rəqəmsal abunəçi xətti). ADSL texnologiyası ilə müqayisədə, VDSL məlumatların ötürülməsində daha yüksək sürətə malikdir: ümumiyyətlə şəbəkədən istifadəçiyə tərəf 13 Mbit./s.-dən ÷ 52 Mbit./s.-yə qədər sürət təşkil etmək mümkündür.
Tələb olunan ötürmə qabiliyyətindən və kabelin tipindən asılı olaraq VDSL texnologiyası ilə xidmətləri nəzəri olaraq 1 300 metrə qədər məsafədə təşkil etmək mümkündür. «Azeurotel» tərəfindən VDSL texnologiyası ilə xidmətlər əsas stansiya avadanlığından 1 000 metr məsafəyə qədər olan istifadəçilərə 10 Mbit./s. ÷ 50 Mbit./s. sürətləri ilə təşkil və təqdim edilir.
№ | Kanalın sürəti, Mbit/s | Genişzolaqlı xəttin instalasiya haqqı , AZN | Aylıq abunə haqqı , AZN |
---|---|---|---|
1 | 4 Mbit/s | — | 13,00 |
2 | 7 Mbit/s | — | 16,00 |
3 | 10 Mbit/s | — | 19,00 |
Qeyd :
1. Son avadanlıq Abunəçi tərəfindən təmin olunur.
2. Bütün tariflər ƏDV daxil olmaqla qeyd olunub.
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».