1. GPON fiber optik xətləri vasitəsilə təmin olunur. Fiber optik xətləri torpağın altı ilə çəkildiyindən hava şəraitində baş verən dəyişikliklərə və digər fiziki zədələrə məruz qalmır. Beləliklə də, abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s.kimi problemlərlə üzləşmir;
2. GPON istifadəçiləri ADSL istifadəçiləri ilə müqayisədə daha yüksək sürətlər əldə edə bilir;
3. ADSL asimmetrik, GPON isə simmetrik texnologiyadır. Yəni ADSL internetdə yükləmə sürəti (download) ötürmə sürətindən (upload) daha yüksək olur. GPON internetdən istifadə zamanı isə yükləmə sürəti ilə, ötürmə sürəti eyni olur ki, bu da videomüşahidə kameralarının, IP telefoniyanın, IPTV-nin daha rahat və kəsintisiz işləməsinə imkan yaradır;
4. GPON internetin bazası müştərinin məkanına yaxın ərazidə yerləşdirildiyindən məsafə uzaqlığı problemi yaranmır.
Şirkətimizin vebsaytından onlayn və ya Azeurotel, eləcə də "Şəbəkə" mərkəzlərinə müraciət edərək GPON internet xidmətinə qoşulmaq olar
Hüquqi şəxslərin GPON internet xidmətinə qoşulması üçün şirkətin rəsmi məktubu, VÖEN, məsul şəxsin şəxsiyyətini təsdiq edən sənəd, internet çəkdirmək istədiyi ünvanın mülkiyyətini təsdiq edən sənəd (çıxarış, order və s.) və ya icarə müqaviləsi ilə Azeurotel və ya "Şəbəkə" Xidmət Mərkəzinə müraciət olunmalıdır. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
GPON xidmətinə qoşulma və tariflər barədə məlumatı burdan əldə edə bilərsiniz.
Ödəniş müqaviləyə əsasən ilk ay üçün qoşulma zamanı, sonrakı aylarda isə hər ayın 5-nə qədər tam ödənilməlidir.
Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qalan günlər üçün ödəniş etmək lazımdır.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə "Azeurotel"-in Baş ofisində və ya "Şəbəkə" xidmət məkəzində ödəniş edə bilərsiniz.
Bəli. Azeurotel GPON internet istifadəçilərini Statik IP ilə təmin edə bilər.
Statik IP və tarifi barədə məlumatı burdan əldə etmək olar.
Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.
2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.
Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Azeurotel və ya "Şəbəkə" xidmət mərkəzlərinə 1 gün öncədən ərizə ilə müraciət etmək lazımdır.
Əgər Sizə xidmət göstərən telefon stansiyası "Azeurotel"-in əhatə dairəsinə daxildirsə, Siz bizim ADSL/VDSL xidmətlərimizə qoşula bilərsiniz. Qoşulmaq üçün ofisimizə yaxınlaşıb müraciət etmək olar.
ADSL/VDSL internet xidmətinə qoşulma pulsuzdur.
ADSL/VDSL sürət və tarifləri haqqında məlumatı burdan əldə edə bilərsiniz.
Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-nə qədər əvvəlcədən tam ödənilməlidir.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə "Azeurotel"-in Baş ofisində və ya "Şəbəkə" xidmət məkəzində ödəniş edə bilərsiniz.
155 Vahid Çağrı Mərkəzinə müraciət edərək bu məlumatı əldə edə bilərsiniz.
Bəli, Siz "Azeurotel"-ə müraciət edərək tarifinizi dəyişə bilərsiniz.
Texniki dəstək almaq üçün Siz 155 Vahid Çağrı Mərkəzi nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Fərdi abunəçilər
Mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar)
Şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər
Yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Abunəçi Azeurotel ilə müqavilə bağladıqdan sonra 3 iş günü ərzində qoşulma həyata keçirilir.
Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.
"Azeurotel" ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün 1 gün öncədən ərizə ilə müraciət etmək lazımdır.
Modemin təminat proqramının yenilənməsi lazımdır. WiFi şifrəsini hər hansı bir proqram ilə qırmaq mümkündür. Daha çox bu hal TP-Link modemlərdə baş verir. Modemin status bölməsində WiFi-ya neçə nəfər qoşulduğunu öyrənmək mümkündür. TP-link modemlərdə WiFi şifrəsini dəyişmək ilə bu problem həll olunmur. Daha dəqiq həll etmək üçün modemin daxilində Mac filtr bölməsinə daxil olub, istifadə etdiyiniz notebook, telefon, planşet və s. qurğuların Mac adresini Mac filtr bölməsində yaddaşa vermək lazımdır. Bu halda kənardan WiFi şifrəsini qıran şəxs internetə heç cür qoşula bilməyəcək.
Şəbəkədə paylayıcı (wifi modem, switch, access point) avadanlıqlardan istifadə edərək istənilən qədər kompüteri internetə qoşmaq mümkündür.
Bizim DNS serverlərin IP-ünvanlar : 213.172.64.134 , 213.172.65.134
İstifadəçinin maksimal sürət həddi müştərinin istəyinə uyğun olaraq müəyyən olunur.
Standart texniki göstəricilərə əsasən ATS-lə istifadəçi arasında orta məsafə ADSL texnologiyasında 4 km, VDSL texnologiyasında isə 1.3 km olmalıdır.
Problem Sizin şəbəkə kartı, veb brauzer və ya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə bağlı provayder hər hansı bir məsuliyyət daşımır.
Biz müştərilərimizə Dinamik IP (dəyişilən ünvan) və Static İP (dəyişilməyən ünvan) təklif edirik.
Static IP dəyişilməyən ünvandır. Dinamik IP-dən istifadə edən internet istifadəçiləri İnternetə hər daxil olub-çıxdıqda onların IP ünvanı dəyişir. Statik IP ünvanları isə xüsusi bir istifadəçi üçün təyin olunur və başqa biri o ünvandan istifadə edə bilmir. Bu səbəbdən də statistik rəqəmlərlə çalışan və nəzarət kameraları quraşdırmış istifadəçilər Statik IP-dən istifadə etməlidirlər.
ADSL-də IP ünvanı modemin "interface"-ində status bölməsindən öyrənə bilərsiniz. VDSL-də 155 Vahid Çağrı Mərkəzinə müraciət edərək IP ünvanı öyrənmək olar.
Bu problem 2 səbəbdən baş verə bilər: 1. Telefon xəttinin parametrləri normalara uyğun olmadıqda; 2. Splitter zədəli olduqda.
ADSL internetə qoşulmaq üçün Provayder tərəfindən verilən istifadəçi adı, şifrə, VPI və VCI sazlanmalıdır.
VPI / VCI - 0/35
Paralel telefondan istifadə etdikdə hər telefon üçün ayrıca splitterdən istifadə edilməlidir. Əgər internet kəsilirsə hansısa splitter işləmir və ya düzgün qoşulmayıb. Düzgün qoşulmanı təmin etmək üçün Azeurotel mütəxəssislərinə müraciət edə bilərsiniz.
AİK – Ayrılmış internet kanalıdır. Azeurotel ayrılmış internet kanalı vasitəsilə Bakı şəhərində texniki infrastrukturun mövcud olduğu istənilən əraziyə yüksəksürətli və keyfiyyətli internet təmin edə bilir.
1. AİK fiber optik xətləri vasitəsilə təmin olunur. Fiber optik xətləri torpağın altı ilə çəkildiyindən hava şəraitində baş verən dəyişikliklərə və digər fiziki zədələrə məruz qalmır. Beləliklə də, abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s.kimi problemlərlə üzləşmir;
2. AİK istifadəçiləri ADSL istifadəçiləri ilə müqayisədə daha yüksək sürətlər əldə edə bilir;
3. ADSL asimmetrik, AİK isə simmetrik texnologiyadır. Yəni ADSL internetdə yükləmə sürəti (download) ötürmə sürətindən (upload) daha yüksək olur. AİK internetdən istifadə zamanı isə yükləmə sürəti ilə, ötürmə sürəti eyni olur ki, bu da videomüşahidə kameralarının, IP telefoniyanın, IPTV-nin daha rahat və kəsintisiz işləməsinə imkan yaradır;
4. AİK-in bazası müştərinin məkanına yaxın ərazidə yerləşdirildiyindən məsafə uzaqlığı problemi yaranmır.
Hüquqi şəxslərin AİK xidmətinə qoşulması üçün şirkətin rəsmi məktubu, VÖEN, məsul şəxsin şəxsiyyətini təsdiq edən sənəd, internet çəkdirmək istədiyi ünvanın mülkiyyətini təsdiq edən sənəd (çıxarış, order və s.) və ya icarə müqaviləsi ilə Azeurotel müraciət olunmalıdır. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
AIK xidmətinə qoşulma və tariflər barədə məlumatı burdan əldə edə bilərsiniz.
Ödəniş müqaviləyə əsasən ilk ay üçün qoşulma zamanı, sonrak aylarda isə hər ayın 5-nə qədər tam ödənilməlidir.
Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qalan günlər üçün ödəniş etmək lazımdır.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə "Azeurotel"-in Baş ofisində ödəniş edə bilərsiniz.
Bəli. Azeurotel AIK istifadəçilərini Statik IP ilə təmin edə bilər.
Statik IP və tarifi barədə məlumatı burdan əldə etmək olar .
Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.
2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.
Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün "Azeurotel"-ə və ya "Şəbəkə" mərkəzlərinə cari ayın sonuna və yeni ayın 1-çi gününə qədər, hesablanma getməmiş ərizə və ya məktub ilə müraciət etmək lazımdır.
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».